...

Bakı şəhər Baş Polis İdarəsində parlament seçkiləri ilə əlaqədar "qaynar xətt" yaradılıb

Siyasət Materials 27 Oktyabr 2010 12:16 (UTC +04:00)
Paytaxt sakinləri seçki kampaniyası dövründə Bakı şəhərində polisin xidməti ilə əlaqədar hər hansı narazılıq və ya anlaşılmazlıq yaranarsa, "qaynar xətt"ə müraciət edə bilərlər.
Bakı şəhər Baş Polis İdarəsində parlament seçkiləri ilə əlaqədar "qaynar xətt" yaradılıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər Baş Polis İdarəsində parlament seçkiləri ilə əlaqədar "qaynar telefon xətti" yaradılıb.

İdarənin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar ictimaiyyətlə işgüzar əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların təklif və şikayətlərinin qəbul edilməsi və müraciətlərin operativ cavablandırılması məqsədilə yaradılan "qaynar xətt"ə (012) 590-96-80, (012) 590-91-15 nömrəli telefonlarla gün ərzində müraciət etmək olar.

Paytaxt sakinləri seçki kampaniyası dövründə Bakı şəhərində polisin xidməti ilə əlaqədar hər hansı narazılıq və ya anlaşılmazlıq yaranarsa, "qaynar xətt"ə müraciət edə bilərlər.

Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti