Azərbaycan, Bakı, 1 dekabr /Trend/
Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva 2-4 dekabr tarixində Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçiriləcək "21-ci əsrdə Türk Dünyası" mövzusunda beynəlxalq simpoziumda iştirak edəсək.
Avrasiya İqtisadi Münasibətlər Dərnəyi və Lefke Avropa Universitetinin keçirdiyi simpoziumda ŞKTC prezidenti Dərviş Əroğlu və həmçinin Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr, Kosovo və Makedoniyadan millət vəkilləri, elm adamları, tarixçilər, iсtimai-siyasi xadimlər, KİV nümayəndələri iştirak edəcək.
Simpoziumda Türk Dünyasının real əməkdaşlıq, sərmayə imkanları araşdırılacaq, inteqrasiya prosesi gözdən keçiriləcək. Toplantıda türk cümhuriyyətləri adından 65 məruzə təqdim ediləcək.