...

ATƏT-in Astana sammitinin yekun bəyannaməsi qəbul edildi ( YENİLƏNİB )

Siyasət Materials 3 Dekabr 2010 02:07 (UTC +04:00)
11 ildən sonar bir araya gələn ATƏT-in üzv dövlətlərin başçıları çərşəvbə və cümə axşamı Astanada keçən sammitin yekün bəyannaməsini qəbul etdilər. Bu barədə kazaxstan Prezidenti Nursultan Nazarbaev bildirdi.
ATƏT-in Astana sammitinin yekun bəyannaməsi qəbul edildi ( YENİLƏNİB )

RED. əlav.: Beşinci abzasdan sonra ətraflı məlumat əlavə olunub

Qazaxstan, Astana, 3 dekabr /Trend, müxbir A.Maratov/

11 ildən sonra bir araya gələn ATƏT-ə üzv dövlətlərin rəhbərləri çərşənbə və cümə axşamı Astanada keçirilən sammitin yekun bəyannaməsini qəbul ediblər. Bu barədə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bildirdi.

"ATƏT-in sammitində səmərəli və konstruktiv işə görə ürəkdən təşəkkür etmək istəyirəm. 11 il ərzində ilk dəfə ATƏT sammitinin bəyannaməsi qəbul edildi. Bu hadisə təşkilatımızın həyatında yeni mərhələ açır. Bu bizim birgə və həqiqətən tarixi uğurmuzdur, millətlərimizin təhlükəsiz və daha yaxşı dunyada yaşamaq ümidlərinə cavab verir", - Qazaxıstan Prezidenti bildirib.

Nazarbayev Astana bəyannaməsinin Avro-Atlantik və Avrasiya təhlükəsizliyi birliyinin formalaşmasına start verəcəyinə ümidini ifadə edib.

ABŞ və Avropa İttifaqının nümayəndələri sammit iştirakçılarının Hərəkət Planına dair qərar qəbul etməməsinə təəssüf ediblər.

Qazaxstanın sədrliyi ilə keçən ATƏT sammiti bu ölkənin siyasi həyatında müstəqillikdən sonra ən əhəmiyyətli hadisə oldu.

ATƏT-in dövlət  və hökümət başçılarının son zirvə görüşü 1999-cu ildə İstanbulda baş tutub.

ATƏT-in  məşvərətçi  orqan olduğundan, aktual problemlərin müzakirəsinin yeganə üsulu bu cür görüşlərin təşkilidir.

ATƏT dövlətlərində təhlükəsizlik Astana sammitində əsas müzakirə mövzularından biri olub.

Əvvəlki sammitdən keçən illər ərzində dünyada təhlükəsizlik sahəsində vəziyyət və təhlükələr dəyişib. Astana sammiti ATƏT dövlətlərinə mühüm problemlərin və təhlükələrin müzakirə edilməsinə və yaxın gələcəkdə birgə addımların atılmasına dair imkan yaradıb.

Sammit cərşənbə günü və cümə axşamı keçirilib. Sammitdə bütün üzv ölkələrin dövlət və hökümət başçıları, 12 tərəfdaş ölkənin və 68 beynəlxalq təşkilatın liderləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti