...

Azərbaycanda qəbiristanlıqlarla bağlı qanun layihəsi qəbul oluna bilər

Siyasət Materials 10 Dekabr 2010 15:19 (UTC +04:00)
Azərbaycanda qəbiristanlıqlarla bağlı qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov komitənin cümə günü keçirilən iclasında bildirib.
Azərbaycanda qəbiristanlıqlarla bağlı qanun layihəsi qəbul oluna bilər

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qəbiristanlıqlarla bağlı qanun layihəsinin qəbul olunmasına ehtiyac var. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov komitənin cümə günü keçirilən iclasında bildirib.

Hüseynov iclasda "Memoriallar, ziyarətgahlar, anım yerləri" haqqında qanunun qəbul olunması təklifi ilə çıxış edib.

"İnsanlar tərəfindən baxımsız qalan qəbirlərin ətrafında lazımi tikinti işləri aparılan zaman bəzi hallarda narazılıqlarla qarşılaşırıq", - o, deyib.

"Qəbir o vaxta kimi ziyarətgahdır ki, onu anan insanlar var. Qanun qəbul olunandan sonra ziyarət olunmayan qəbirləri sökən zaman qanuna arxalanmaq olar", - komitə sədrinin müavini bildirib.

O, qeyd edib ki, xarici ölkə təcrübəsindən kifayət qədər materiallar toplanılıb və bu qanun layihəsi hazırlanan zaman xarici ölkələrin təcrübəsindən istifadə ediləcək.

Xəbər lenti

Xəbər lenti