...

ATƏT-in Bakı Ofisinin rəhbəri bəzi müxalifət partiyaların təmsilçiləri ilə görüşüb

Siyasət Materials 20 Dekabr 2010 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr /Trend, müxbir T.Hacıyev/  ATƏT-in Bakı Ofisinin rəhbəri, Səfir Bilge Cankorel bu gün Milli Məclisdə təmsil olunan bəzi müxalifət partiyaların təmsilçiləri ilə görüşüb. Bu barədə bazar ertəsi ATƏT-in Bakı Ofisi məlumat yayıb.

Məlumata görə, ATƏT-in təşəbbüsü ilə həyata keçirilən görüşdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak edib. Görüş ATƏT-in Bakı Ofisində baş tutub.

Müzakirələr zamanı 7 noyabr 2010-cu ildə keçirilmiş parlament seçkiləri, seçkilərdən sonrakı vəziyyət və tərəflər arasında gələcək əməkdaşlığın yollarına dair fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti