...

İqtisadi Əməkdaşlıq Təşkilatının XİN Şurasının iclası başa çatıb

Siyasət Materials 22 Dekabr 2010 19:30 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının 11-ci görüşü ərəfəsində çərşənbə günü İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası başa çatıb. Məlumatı Türkiyənin "Zaman" qəzeti yazır.

İclas zamanı İƏT-ə üzv ölkələrin xarici işlər nazirləri cümə axşamı sammitin sonunda açıqlanacaq İstanbul Bəyanatının son mətnini hazırlayıblar.

İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda təşkilata Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.

Xəbər lenti

Xəbər lenti