...

Azərbaycanlı deputat Türkiyə mətbuatına müsahibə verib

Siyasət Materials 2 Fevral 2011 14:40 (UTC +04:00)
Türkiyənin "Aydınlıq" qəzeti millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva ilə geniş müsahibə dərc edib.
Azərbaycanlı deputat Türkiyə mətbuatına müsahibə verib

Azərbaycan, Bakı, 2 fevral /Trend/

Türkiyənin "Aydınlıq" qəzeti millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva ilə geniş müsahibə dərc edib.

Trend-in məlumatına görə, qəzetin əməkdaşı Sevim Erolun götürdüyü müsahibə "Türk diasporları birlikdə çalışmalıdır", "Ortaq tarix kitabı yazmalıyıq" kimi yarımbaşlıqlarla təqdim olunub.

Paşayeva müxbirin suallarını cavablandırarkən türk dünyasının dünya siyasətinə yön verən təsirli mövqeyə yiyələnmək üçün lazımi potensiala sahib olmasından, bu potensiala uyğun hər bir türk insanının, türk dövlət və topluluqlarının qarşısında duran vəzifələrdən söz açıb, öz fikir və mülahizələrini bölüşüb.

Paşayeva Sovet İttifaqının süuqutu, türk dünyasının yaxın keçmişi, ağrılı problemləri və xüsusilə Azərbaycan torpaqlarının işğalı faktı, bu faktın doğurduğu nəticələrlə bağlı ətraflı danışaraq, Xocalı soyqırımı, qaçqın və məcburi köçkün soydaşlarımızın aqibətindən söz açıb. Millət vəkili xüsusilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımları diqqətə çatdırıb.

Qənirə Paşayeva Azərbaycan insanının türk dünyasından gözlədikləri barədə fikirlərini bölüşərkən, eyni zamanda Azərbaycanın türk birliyinə bugünədək verdiyi və verməkdə olduğu böyük töhfələri də faktların dili ilə açıqlayıb. O, türk dünyasının sabahı, həmin arzulanan sabaha nail olmaq üçün atılmalı olan addımları öz baxış bucağından təhlil edib.

Xəbər lenti

Xəbər lenti