Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Baş Prokurorluğu 13 rayonun prokurorluğunda yoxlamalar aparıb.
Prokurorluq orqanlarındakı etibarlı mənbədən Trend-ə verilən məlumata görə, Yevlax, Ucar, Xızı, Qax, Xaçmaz, Masallı, Ağstafa, Tərtər və digər 5 rayonun prokurorlarının 5 illik səlahiyyət müddəti başa çatdığından onların fəaliyyəti yoxlanılıb.
Mənbə bildirib ki, yoxlamaların nəticələrindən asılı olaraq, bu rayonların prokurorlarının yerləri dəyişdiriləcək.
Mənbə qeyd edib ki, baş prokuror Zakir Qaralov yaxın günlərdə həmin rayonlara yeni prokurorlar təyin edəcək.