...

İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib

Siyasət Materials 2 Mart 2011 17:58 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovu qəbul edib
İlham Əliyev Tatarıstan Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovu qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı Tatarıstan Prezidentinin respublika rəhbəri kimi yüksək vəzifəyə seçildikdən sonra özünün ilk səfərlərindən birini ölkəmizə etməsini yüksək qiymətləndirdi.
Azərbaycan və Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Tatarıstan Respublikasının Prezidenti Rustam Minnixanovun ölkəmizə səfəri zamanı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdiriləcəyinə ümidvar olduğunu bildirdi və səfərin qarşılıqlı fəaliyyət və əlaqələrimizin müxtəlif istiqamətlərdə genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə etdi.

Ölkəmizə səfərindən və Prezident İlham Əliyev ilə görüşmək imkanı əldə etməsindən məmnunluğunu bildirən Rustam Minnixanov Tatarıstan Respublikasının keçmiş Prezidenti Mintimer Şaymiyevlə xalqımızın ümummilli lideri Heydər Əliyev arasında daim mövcud olan sıx münasibətlərin əməkdaşlığımızın inkişafı üçün möhkəm zəmin yaratdığını bildirdi.

Xəbər lenti

Xəbər lenti