...

Azərbaycan rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 14 Mart 2011 14:10 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin martın 14-də rəsmi qarşılanma mərasimi olub
Azərbaycan rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidentinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 11:46-da yayılıb)

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Reyin martın 14-də rəsmi qarşılanma mərasimi olub, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Prezidenti xanım Mişelin Kalmi-Reyi qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İsveçrə Prezidentinə raport verdi.

İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İsveçrə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mişelin Kalmi-Reyə, İsveçrə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.

Fotoşəkillər - Azərbaycan Prezidentinin rəsmi intetnet saytı

Xəbər lenti

Xəbər lenti