...

Koalisiya qüvvələrinin hava zərbələri Qəddafinin saray kompleksindəki binalardan birini dağıdıb

Siyasət Materials 21 Mart 2011 10:49 (UTC +04:00)
Liviya lideri Müəmmər Qəddafinin Tripolidəki iqamətgahının binalarından biri beynəlxalq koalisiya qüvvələrinin dəqiq hava zərbələri nəticəsində tamamilə dağılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Frans Press" agentliyi Liviya paytaxtındakı müxbirinə istinadən xəbər verib.
Koalisiya qüvvələrinin hava zərbələri Qəddafinin saray kompleksindəki binalardan birini dağıdıb

Liviya lideri Müəmmər Qəddafinin Tripolidəki iqamətgahının binalarından biri beynəlxalq koalisiya qüvvələrinin dəqiq hava zərbələri nəticəsində tamamilə dağılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Frans Press" agentliyi Liviya paytaxtındakı müxbirinə istinadən xəbər verib.

Agentliyin məlumatına görə, dağıdılan bina Qəddafinin adətən qonaqları qəbul etdiyi çadırın 50 metrliyində olub. Məlumatı RİA Novosti yazır.

Bundan əvvəl məlumat verilmişdi ki, bazar günü axşam Qəddafinin Bab-əl-Əziziyyə iqamətgahının yaxınlığında bir neçə güclü partlayış baş verib, binanın üstündən isə tüstü qalxıb və Hava Hücumundan Müdafiə vasitələrindən atəş səsləri eşidilib.

Cümə axşamı BMT-nin Təhlükəsizlik Şurası Liviya əhalisinin ölkə lideri Qəddafinin qoşunlarından müdafiəsi üçün xarici hərbi əməliyyatın keçirilmə mümkünlüyünü nəzərdə tutan qətnamə qəbul edib. Hərbi əməliyyat şənbə günü başlayıb və əməliyyatda ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələr iştirak edir.

Koalisiya qüvvələri Liviya HHM obyektlərinə artıq 110 qanadlı raket buraxıblar. Liviya rəsmi KİV-in məlumatına görə, koalisiya böyük şəhərlərdə, o cümlədən Tripoli, Benqazi, Zuvarə şəhərlərində mülki obyektlərə və Misrat rayonu ərazisindəki neft anbarlarına zərbələr endirib, nəticədə orada yanğın baş verib. Qərv KİV-in məlumatına görə, koalisiya qüvvələrinin hava zərbələri nəticəsində dinc əhali arasında həlak olanların sayı 64-ə çatıb.

Pentaqon Liviya hakimiyyətinin koalisiya qüvvələrinin hücumu nəticəsində dinc əhalinin həlak olması barədə bəyanatını təsdiq etmir.

Xəbər lenti

Xəbər lenti