...

Londonun Siti Universitetinin Azərbaycan icması ən yaxşı yeni cəmiyyət kimi mükafatlandırılıb (FOTO)

Siyasət Materials 25 Mart 2011 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 mart /Trend/

Martın 23-də Londonun Siti Universitetində (City University London) universitet tələbələrinin Tələbə Birliyinin inkişafına və dəstəklənməsinə verdiyi töhfəyə görə universitetin tələbə cəmiyyət və klublarının mükafatlandırılması ilə bağlı illik gecə keçirilib. Trend-in məlumatına görə, bu barədə Londonun Siti Universitetinin Azərbaycan icmasının məlumatında deyilir.

50-dən artıq cəmiyyət və klub müxtəlif nominasiyalarda namizəd olub və yalnız bir neçəsi mükafat alıb.

2010-cu ilin dekabrında yaradılan və qısa müddət ərzində silsilə tədbirlər təşkil edən Londonun Siti Universitetinin Azərbaycan icması 2010-cu ildə yaradılan bir çox digər cəmiyyətlər arasında "Ən yaxşı yeni cəmiyyət" kimi mükafatlandırılıb.

Universitetin Tələbə Birliyinin vitse-prezidenti Rob Skalli öz çıxışında iştirakçıların aktivliyini, keçirdikləri tədbirlərin rəngarəngliyini və maraqlılığını, Londonun Siti Universitetinin dostluq əlaqələrini yaradılması və imicinin dəstəklənməsində böyük töhfəsini qeyd edib. Vitse-prezident öz çıxışının sonunda Azərbaycan icmasının iştirakçılarına daha böyük uğurlar və yeni uğurlu layihələr arzulayıb.

Xəbər lenti

Xəbər lenti