Rusiya Prezidenti Dmitri Medvedev bəzi regionların daxili işlər orqanlarının rəhbərləri də daxil olmaqla, RF DİN-in on generalını tutduğu vəzifədən kənarlaşdırıb. Trend-in məlumatına görə, b u barədə cümə günü Kremlin mətbuat xidməti məlumat yayıb.
Sverdlovsk Baş Daxili İşlər İdarəsinin rəis müavini, Şəxsi Heyətlə İş İdarəsinin rəisi, milis general-mayoru Viktor Bernikov; DİN-in Barnaul Hüquq İnstitutunun rəisi, general-mayor Nikolay Mixaylov; Saxa Respublikası (Yakutiya) daxili işlər naziri Yakov Staxov; Kurqan vilayət Daxili İşlər İdarəsinin rəisi, milis general-mayoru Boris Timoniçenko; Voronej vilayətinin BDİİ-nin rəisi, general-leytenant Oleq Xotin vəzifəsindən azad edilib.
Bundan əlavə Kursk vilayəti üzrə Daxili İşlər İdarəsinin rəisi, milis general-mayoru Viktor Buluşev, Perm diyarı üzrə BDİİ rəisi, general-leytenant Yuri Qorlov, Xantı-Mansiysk Muxtar Dairəsi üzrə Dİİ-nin rəisi, milis general mayoru Nikolay Qudojnikov, Kalmıkiya Respublikası üzrə daxili işlər naziri, milis general mayoru Anatoli Juravlyov, Mordoviya Respublikası üzrə daxili işlər naziri, milis general mayoru Nikolay Larıkov da işdən azad olunublar.
Prezidentin müvafiq sərəncamı imzalandığı gündən qüvvəyə minir .