...

Azərbaycan gəncləri AXCP sədrinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib (FOTO)

Siyasət Materials 2 Aprel 2011 12:31 (UTC +04:00)
Azərbaycan gəncləri şənbə günü müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında piket keçirib.
Azərbaycan gəncləri AXCP sədrinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib (FOTO)

Şəkillər əlavə olunub (ilk xəbər 12:31-də yayılıb)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan gəncləri şənbə günü müxalif Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında piket keçirib.

Trend-in məlumatına görə, 200-dən artıq gənc Əli Kərimlinin apardığı siyasətə etiraz edib. Gənclər piketdə "Əli Kərimliyə ar olsun", "Azərbaycan gənclərini parçalayanlara ar olsun", "Sənin kim olduğunu Azərbaycan gənci bilir" kimi şüarlar səsləndiriblər.

Etiraz edənlər qeyd ediblər ki, Azərbaycan gəncliyi ictimai-siyasi sabitliyin tərəfdarıdır.

Piket zamanı gənclər Əli Kərimlinin yaşadığı evdən yumurta atəşinə tutulub.

Azərbaycanda haqq-ədalət, demokratiya carçısı kimi özünü qələmə verən Əli Kərimli ona etiraz edənlərin haqqını belə tanımaq istəməyib.

Bu, gənclərin son bir həftədə Əli Kərimlinin yaşadığı binanın qarşısında təşkil etdiyi sayca üçüncü piketdir.

Piket icazəsiz olduğundan polislər tərəfindən dağıdılıb.

Xəbər lenti

Xəbər lenti