...

Əli Əhmədov: Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur

Siyasət Materials 26 Aprel 2011 18:55 (UTC +04:00)
Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsini, ideya bazasını təşkil edir.
Əli Əhmədov: Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsini, ideya bazasını təşkil edir. Trend-in məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi Əli Əhmədov partiyanın rəsmi saytına bildirib.

Ölkə Prezidentinin sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Əli Əhmədovun sözlərinə görə, bu proqramda gəncliyin inkişafını təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq. YAP sədrinin müavini qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.

"YAP-ın mövqeyi bundan ibarətdir ki, ölkəmizin müasirləşməsi və modernləşməsində Azərbaycan gəncliyi yaxından iştirak etməlidir. Gənclərimiz yüksək biliklərə, müasir dünyagörüşünə yiyələniblər. Bütün bu və digər amillər gənclərin Azərbaycanın inkişafında çox əzəmətli güc olduğunu ortaya qoyur. Hökumətimiz və partiyamız da bu gücdən faydalanmaq, Azərbaycanın inkişafı naminə bu amildən səmərəli istifadə etmək yolunu tutub", - o vurğulayıb.

Əli Əhmədov bildirib ki, ölkəmizdə sabitliyin, əminamanlığın möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənclərin borcudur. Çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əminamanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsl üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun.

"Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə çalışmalıdırlar, - YAP sədrinin müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti