...

Gürcüstan XİN KİV-in məlumatı əsasında səfiri Azərbaycandan geri çağırmaq niyyətində deyil

Siyasət Materials 16 May 2011 14:43 (UTC +04:00)
Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycandakı səfir Teymuraz Şaraşenidzenin öz səlahiyyətlərini vicdanla yerinə yetirməsinə şübhə etmir və onu geri çağırmaq niyyətində deyil.
Gürcüstan XİN KİV-in məlumatı əsasında səfiri Azərbaycandan geri çağırmaq niyyətində deyil

Gürcüstan, Tbilisi, 16 may /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycandakı səfir Teymuraz Şaraşenidzenin öz səlahiyyətlərini vicdanla yerinə yetirməsinə şübhə etmir və onu geri çağırmaq niyyətində deyil. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze Azərbaycan vətəndaşları olan etnik gürcülərin səfirin geri çağırılmasını tələb etmələri ilə bağlı məlumatı şərh edərkən deyib.

Bundan əvvəl Kaxeti İnformasiya Mərkəzinin məlumatına görə, Azərbaycanın Qax rayonunun sakinləri bu rayonda yaşayan etnik gürcülərin narazı olmaları səbəbindən Gürcüstanın Azərbaycandakı səfirinin geri çağırılmasını tələb ediblər.

"KİV-in yaydığı bu informasiya bizdə bir qədər şübhə yaratdı", - Kalandadze qeyd edib.

Onun sözlərinə görə, faktla bağlı dəqiqləşdirmə aparılır. "Lakin buna qədər biz həm bu informasiyaya reaksiya verməyəcəyik, həm də səfirimizin vicdanını şübhə altına almayacağıq", - nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti