...

Azərbaycan Parlamentinin nümayəndələri Rusiyaya səfər edəcəklər

Siyasət Materials 16 May 2011 18:46 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, deputatlar Yevda Abramov, Mixail Zabelin, Ceyhun Osmanlı, Rasim Musabəyov və Asim Mollazadə "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda keçiriləcək forumda iştirak etmək üçün mayın 17-dən 20-dək Rusiyanın Həştərxan şəhərində səfərdə olacaqlar.
Azərbaycan Parlamentinin nümayəndələri Rusiyaya səfər edəcəklər

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan Parlamentinin nümayəndələri Rusiyaya səfər edəcəklər.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, deputatlar Yevda Abramov, Mixail Zabelin, Ceyhun Osmanlı, Rasim Musabəyov və Asim Mollazadə "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda keçiriləcək forumda iştirak etmək üçün mayın 17-dən 20-dək Rusiyanın Həştərxan şəhərində səfərdə olacaqlar.

Forum çərçivəsində plenar iclas və dörd "dəyirmi masa" keçiriləcək. Azərbaycan Parlamentinin komitə sədri Səmədzadə plenar iclasda çıxış edəcək, həmçinin "Rusiya və Azərbaycanın regionlararası əməkdaşlığında infrastruktur layihələri (nəqliyyat, energetika, rabitə, telekommunikasiya)" mövzusuna həsr olunmuş "dəyirmi masa"da moderatorluq edəcək.

Deputatlarımız regionlararası müstəvidə ölkələrimizin iqtisadi, maliyyə və humanitar sahələrdə əməkdaşlığının perspektivlərinə, həmçinin Xəzərdə strateji əməkdaşlığa dair dəyirmi masalarda yaxından iştirak edəcək, müzakirələrdə ölkəmizin mövqeyini bildirəcəklər.

Forum iştirakçıları Həştərxan şəhərində ümummilli lider Heydər Əliyev adına parkın açılışında iştirak edəcək, regionlararası sənaye innovasiyaları sərgisinə baxış keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti