Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırıb.
Görüşdə neft və qazın hasilatı, nəqli, Avropada marketinqi və satışı sahəsində mümkün əməkdaşlıq, "Nabukko" layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Avstriya Prezidenti Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti Avstriyanın OMV şirkəti idarə heyətinin sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul edib.
