...

Qahirədə "Biz Azərbaycan haqqında nə bilirik?" müsabiqəsi keçirilib

Siyasət Materials 19 May 2011 14:38 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfirliyinin Qahirə Universiteti yanında Mədəniyyətlərin Tədqiqi və Mədəniyyətlərarası Dialoq Mərkəzi ilə əməkdaşlığı sayəsində Qahirədə "Biz Azərbaycan haqqında nə bilirik?" müsabiqəsi keçirilib.
Qahirədə "Biz Azərbaycan haqqında nə bilirik?" müsabiqəsi keçirilib

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir A.Tağıyeva/

Azərbaycanın Misirdəki səfirliyinin Qahirə Universiteti yanında Mədəniyyətlərin Tədqiqi və Mədəniyyətlərarası Dialoq Mərkəzi ilə əməkdaşlığı sayəsində Qahirədə "Biz Azərbaycan haqqında nə bilirik?" müsabiqəsi keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Misirin "Əl-Vəfd" qəzeti xəbər yayıb.

Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinin bayram edilməsi çərçivəsində keçirilən "Biz Azərbaycan haqqında nə bilirik?" müsabiqəsinin qaliblərinin elan edilməsi ilə əlaqədar "Azərbaycan: siyasət və şəxsiyyət" adlı açıq görüş keçirilib.

Görüşdə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev, Qahirə Universitetinin siyasi elmlər doktoru Məcidə Saleh və doktor Mustafa əl-Libad çıxış edib.

Görüş zamanı Azərbaycanda müstəqillik bərpa edildikdən sonra mədəni və dini dirçəliş mövzuları, ərəb və islam dünyası ilə tarixi münasibətlərin, eləcə də Misir və Azərbaycan arasında münasibətlərin canlandırılması müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti