...

Azərbaycanın səfiri Tacikistan Prezidentinə terrorizmlə mübarizəyə görə medalı təqdim edib

Siyasət Materials 20 May 2011 14:18 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev Tacikistan Prezidenti Emoməli Raxmona Terrorizm, Narkomaniya və Ekoloji Cinayətlər üzrə Beynəlxalq Komitə "INTERSAFETY"-nin Aypara və Ulduz medalını təqdim edib.
Azərbaycanın səfiri Tacikistan Prezidentinə terrorizmlə mübarizəyə görə medalı təqdim edib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Tacikistandakı səfiri Məhərrəm Əliyev Tacikistan Prezidenti Emoməli Raxmona Terrorizm, Narkomaniya və Ekoloji Cinayətlər üzrə Beynəlxalq Komitə "INTERSAFETY"-nin Aypara və Ulduz medalını təqdim edib. Trend-in məlumatına görə, bu barədə Tacikistanın "Xovar" milli agentliyi xəbər yayıb.

Prezident Raxmon Azərbaycanın Tacikistandakı səfirini onun diplomatik səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Orden Birləşmiş Millətlər Təşkilatının beynəlxaq mükafatlar siyahısında qeydiyyatdan keçib və onda müsəlman simvol və işarələri təsvir edilib.

Bu ordenlə müsəlman ölkələrinin rəhbərləri və islam dünyasının dahi şəxsiyyətləri insanpərvərlik və ədalət ideyalarının təbliğinə və həyata keçirilməsinə sanballı töhfəyə görə mükafatlandırırlar.

Görüşdə hazırkı vəziyyət, dostluq münasibətlərin perspektivləri, Tacikistan və Azərbaycanın səmərəli əməkdaşlığına da toxunulub.

Emoməli Raxmon Məhərrəm Əliyevin diplomatik missiyası dövründə diplomatik fəaliyyətini müsbət qiymətləndirib.

Azərbaycan diplomatı qeyd edib ki, gələcəkdə də iki dost ölkə arasında münasibətlərin möhkəmlənməsi və inkişafı üçün səy göstərəcək.

Xəbər lenti

Xəbər lenti