...

Prezident İlham Əliyev Argentina Prezidentini ölkəsinin milli bayramı münasibətilə təbrik edib

Siyasət Materials 24 May 2011 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkənin milli bayramı münasibətilə təbrik edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Prezident İlham Əliyev Argentina Prezidentini ölkəsinin milli bayramı münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının Prezidenti xanım Kristina Fernandes de Kirşneri ölkənin milli bayramı münasibətilə təbrik edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Hörmətli xanım Prezident, Argentina Respublikasının milli bayramı - May inqilabının ildönümü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi üçün yeni imkanlar açacaqdır. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Argentina xalqına əmin-amanlıq və rifah arzulayıram", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti