...

İspaniyada Azərbaycan rəssamlarının sərgisi keçirilir

Siyasət Materials 27 May 2011 15:32 (UTC +04:00)
Mayın 22-dən 30-dək İspaniyanın Barselona şəhərində Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın gənc rəssamlarının respublikanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş sərgisi açılıb.
İspaniyada Azərbaycan rəssamlarının sərgisi keçirilir

Azərbaycan, Bakı, 27 may /Trend/

Mayın 22-dən 30-dək İspaniyanın Barselona şəhərində Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanın gənc rəssamlarının respublikanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş sərgisi açılıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib.

Sərginin açılış mərasimini giriş sözü ilə açan Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan ilə İspaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsinin, bu kimi tədbirlərin hər iki ölkədə müntəzəm şəkildə keçirilməsinin vacibliyini qeyd edib və sərgidə nümayiş etdirilən rəsmlərin müəlliflərinə beynəlxalq arenada daha böyük nailiyyətlər arzu edib.

Daha sonra Barselona Meriyasının beynəlxalq əlaqələr üzrə müşaviri İgnasi Cardelus Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyini təbrik edib və belə bir sərginin Barselonada təşkil olunmasına görə Azərbaycan tərəfininə Barselona Meriyasının adından təşəkkürünü bildirib, növbəti addım kimi İspan rəssəmlarının Azərbaycanda sərgisinin təşkil edilməsinin vacibliyini qeyd edib.

Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə bu il İspaniyada, Barselona Beynəlxalq musiqi festivalında Azərbaycanın təmsil olunması, Azərbaycan mətbəxi həftəsinin və Azərbaycan xalçaları sərgisinin və digər tədbirlərin təşkili nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti