...

Yəmən Prezidentinin öldürülməsi barədə məlumatın rəsmi təsdiqi hələ ki yoxdur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 3 İyun 2011 18:11 (UTC +04:00)
Yəmən Prezidenti Əli Abdullah Saleh öldürülüb. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi müxalifətə istinadən məlumat verib.
Yəmən Prezidentinin öldürülməsi barədə məlumatın rəsmi təsdiqi hələ ki yoxdur (ƏLAVƏ OLUNUB)

Sonuncu abzas əlavə olunub (ilk xəbər saat 17:43-də yayılıb)

Yəmən Prezidenti Əli Abdullah Saleh öldürülüb. Trend-in məlumatına görə, bu barədə "Royter" agentliyi müxalifətə istinadən məlumat verib.

Agentlik Salehin aqibətini dəqiqləşdirmək üçün Prezident Administrasiyasının nümayəndələri ilə əlaqə yarada bilməyib. Məlumata görə, prezident sarayındakı telefonlar cavab vermir.

Bundan əvvəl "əl-Ərəbiyyə" telekanalı məlumat vermişdi ki, prezident sarayı yaxınlığında atışma zamanı dövlət başçısı yüngül yaralanıb.

Eyni zamanda, "əl-Cəzirə" telekanalı "Royter"ə istinadən məlumat verir ki, Yəmən Prezidenti Əli Abdullah Salehin öldürülməsi barədə rəsmi məlumat hələ ki yoxdur.

Xəbər lenti

Xəbər lenti