...

Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydalar hazırlanıb

Siyasət Materials 8 İyun 2011 12:23 (UTC +04:00)
Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydalar hazırlanıb.
Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydalar hazırlanıb

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydalar hazırlanıb.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Trend-ə bildirib ki, yaxın günlərdə bu sənədi təsdiq ediləcək.

Komissiya sədri bildirib ki, ilkin olaraq pilot layihə kimi bir mərkəzi və bir yerli icra hakimiyyəti orqanının dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək. Sonradan bütün dövlət qulluqçularının fəaliyyəti qiymətləndiriləcək.

"Pilot layihə bizə nəticələri ümumiləşdirib təhlil etməyə, bu sahədə təcrübənin əldə olunmasına və bu sahədə meydana çıxacaq problemlərin vaxtında həll olunmasına imkan verəcək", - Xəlilov vurğulayıb.

O, bu prosesə bu ildən başlanacağını mümkün sayıb.

Komissiya sədri qaydalarda dövlət qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsinin əsas meyarlarının müəyyən edildiyini bildirib.

Bu meyarlar sırasına dövlət qulluqçusunun ona verilən tapşırıqları vaxtında və keyfiyyətli yerinə yetirməsi, kollektivdə ünsiyyət qurması, təşəbbüskarlığı və digərləri daxildirir.

Xəbər lenti

Xəbər lenti