...

Gürcüstanda benzin daşıyan qatar relsdən çıxıb

Siyasət Materials 4 İyul 2011 10:57 (UTC +04:00)
Bu gün bütün gecə ərzində Qərbi Gürcüstanda dəmir yolunun Marelisi hissəsində hərəkət iflic olub. Trend-in məlumatına görə, Gürcüstan Dəmir Yolundan bildirilib ki, bünzinlə yüklənmiş qatar relsdən çıxıb və yanğın baş verib.
Gürcüstanda benzin daşıyan qatar relsdən çıxıb

Gürcüstan, Tbilisi, 4 iyul /Trend, müxbir N.Kirtsxaliya/

Bu gün bütün gecə ərzində Qərbi Gürcüstanda dəmir yolunun Marelisi hissəsində hərəkət iflic olub. Trend-in məlumatına görə, Gürcüstan Dəmir Yolundan bildirilib ki, benzinlə yüklənmiş qatar relsdən çıxıb və yanğın baş verib.

Fövqəladə Hallar Departamentinin əməkdaşları Marelisi dəmir yolunun yaxınlığında yaşayan sakinləri təxliyə etməyə məcbur olublar.

Səhərə yaxın yanğınsöndürənlər alovu söndürə biliblər, dəmiryolçular isə dəmir yolunda hərəkəti bərpa etməyə nail olublar. Zestafoni-Xaraqauli dəmir yolunda hərəkət tam həcmdə bərpa olub.

İnsidentin səbəbləri araşdırılır, dəyən ziyan hesablanır.

Xəbər lenti

Xəbər lenti