...

Azərbaycanın millət vəkili Türkiyə televiziyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib

Siyasət Materials 4 İyul 2011 10:40 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Türkiyənin "TRT" kanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib.
Azərbaycanın millət vəkili Türkiyə televiziyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Türkiyənin "TRT" kanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edib.

Trend-in məlumatına görə, Paşayeva bu yaxınlarda Azərbaycan və Ermənistan prezidentləri arasında Kazanda keçirilmiş görüşə və həmin görüşün nəticəsiz qalmasına münasibətini bildirib.

Millət vəkili Rusiya Prezidentinin iştirakı ilə keçirilən Kazan görüşünün nəticəsiz qalmasını Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe ilə izah edib.

Paşayevanın sözlərinə görə, görüş bir daha göstərdi ki, ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan, 1 milyondan çox qaçqın və məcburi köçkünə malik Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışır, lakin Ermənistan tərəfi problemin həlli istiqamətində hər hansı bir addımın atılmasında maraqlı deyil, əksinə bu münaqişənin həllinin yubadılmasına çalışır.

Millət vəkili bildirib ki, digər tərəfdən, münaqişənin həllində 18 ildən artıqdır vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana qarşı heç bir təzyiq göstərməməsi də bu münaqişənin həllinə öz mənfi təsirini göstərir.

Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə də bağlı məlumatlar verib.

Deputat 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulması, rəsmi Yerevanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib.

Paşayeva Azərbaycan torpaqlarının işğalı zamanı minlərlə azərbaycanlını qətlə yetirilməsi, soyqırım törədilməsi, minlərlə azərbaycanlının əsir və girov götürülərək onlara qarşı amansız işgəncələr həyata keçirilməsi, bu gün də onlarla azərbaycanlının Ermənistanda əsir və girov saxlanılmasını da diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti