...

Azərbaycan deputatı QİƏT Parlament Assambleyasının vitse-prezidenti seçildi

Siyasət Materials 4 İyul 2011 15:30 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatı Asəf Hacıyev yenidən Qara dəniz İqtisadi Əməqdaşlıq Təşkilatı (QİƏT) Parlament Assambleyasının vitse-prezidenti seçilib.
Azərbaycan deputatı QİƏT Parlament Assambleyasının vitse-prezidenti seçildi

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin deputatı Asəf Hacıyev yenidən Qara dəniz İqtisadi Əməqdaşlıq Təşkilatı (QİƏT) Parlament Assambleyasının vitse-prezidenti seçilib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycanın təşkilatın ParlamentAssambleyasındakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev bildirib.

Onun sözlərinə görə, Assambleyanın 37-ci plenar sessiyasında Türkiyə, Rusiya və Yunanıstan nümayəndələri digər vitse-prezidentlər, Ukrayna təmsilçisi Kiril Tretyak isə baş katib seçilib.

Hacıyev bildirib ki, sessiyada Ermənistan tərəfinin 2012-ci ilin iyununda Yerevanda keçiriləcək iclasın tarixini aprel ayına keçirmək cəhdlərinin qarşısı alınıb.

"Ermənistan tərəfi may ayında ölkədə seçkilər olduğunu bəhanə edərək bəzi siyasi məqsədlər üçün iclasın aprel ayının ikinci yarısında keçirilməsinə çalışdı. Lakin Azərbaycan nümayəndə heyəti hər seçkidən qabaq Ermənistanda etiraz aksiyalarının mövcudluğunu, yüzlərlə şəxsin həbsxanalara salınmasını xatırladaraq Assambleyanın iclasının sakit keçirilməsinə zəmanətin olmadığını qeyd edib. Öz növbəsində, Azərbaycan iyun ayında bu Assambleyanın sessiyasının Bakıda keçirilməsini mümkün sayıb", - Hacıyev bildirib.

Hacıyev qeyd edib ki, QİƏT PA-nın sessiyasında siyasi, iqtisadi, sosial, ekoloji sahələrə aid "QİƏT üzvü olan ölkələrdə geni dəyişdirilmiş orqanizmlərdən istifadə edilməsi: iqtisadi və ekoloji aspektlər", "Elmi-texniki tərəqqinin sürətləndirilməsində parlamentlərin rolu", "QİƏT ölkələrində Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq sanitariya standartlarına riayət edilməsi" mövzularında məruzələr dinlənilib.

Xəbər lenti

Xəbər lenti