...

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi genişləndirilməlidir - spiker

Siyasət Materials 4 İyul 2011 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsi genişləndirilməlidir. Bu sözləri Qırğızıstan parlamentinin sədri Axmatbek Keldibekov Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında jurnalistlərə deyib.

Onun sözlərinə görə, ötən il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 5,8 milyon dollar təşkil edib ki, bu da çox kiçik bir rəqəmdir.

"Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq üçün çox geniş imkanlar var. Qırğızıstan təbii ehtiyatlarla bol olan bir ölkədir və Azərbaycan burada geniş investisiyalar yatıra bilər", - Keldibekov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda Qırğızıstan Baş nazirinin rəhbərliyi ilə geniş hökumət nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir və bu zaman hərtərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə olunacaq.

Spiker Qırğızıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə güc tətbiq etmədən həll olunmalıdır.

Xəbər lenti

Xəbər lenti