...

Əli Həsənov: Azərbaycan və Türkiyə dövlət başçılarının bəyanatları bir daha göstərdi ki, iki dövlətin arasına girmək olmaz

Siyasət Materials 28 İyul 2011 11:43 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə başçılarının görüşləri, bəyanatları, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli münasibətlərin müzakirəsi bir daha göstərdi ki, iki dövlətin arasına girmək olmaz.
Əli Həsənov: Azərbaycan və Türkiyə dövlət başçılarının bəyanatları bir daha göstərdi ki, iki dövlətin arasına girmək olmaz

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir E.Hüseynli/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ölkə başçılarının görüşləri, bəyanatları, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli münasibətlərin müzakirəsi bir daha göstərdi ki, iki dövlətin arasına girmək olmaz. Bunu cümə axşamı Trend-ə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ərdoğanın səfərinin yekununu şərh edərkən deyib.

"Azərbaycan və Türkiyə dünyada analoqu olmayan müttəfiqdirlər və onların müttəfiqliyi qarşılıqlı maraqlara, qarşılıqlı mənafelərə, xalqlarımızın tale birliyinə söykənir. Onların müttəfiqliyi həm regionda, həm dünyada dövlət maraqlarımızın tam üst-üstə düşməsinə söykənir", - Həsənov bildirib.

PA rəsmisi deyib ki, uzun müddətdir Azərbaycan və Türkiyə münasibətlərini təftiş etməyə çalışan müxtəlif "opponentlər" mövcud idi.

"Düşünürəm ki, onlar dünənki görüşdən sonra artıq özlərinin "arqument"lərinin tam əsassız olduğunun şahidi olacaqlar. Azərbaycan və Türkiyə bundan sonra da dünya, region siyasətində, beynəlxalq münasibətlərdə, enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə siyasətində qarşılıqlı maraqların üzərində qurulmuş iqtisadi-siyasi, ticarət münasibətlərində bir daha ortaq, birgə, strateji müttəfiqlik maraqlarını təsdiq etdilər", - Həsənov əlavə edib.

Türkiyə hökuməti yenidən formalaşdırıldıqdan sonra Rəcəb Tayyib Ərdoğan ikinci rəsmi səfərini iyulun 27-də Azərbaycana etdi.

Xəbər lenti

Xəbər lenti