...

Sarkisyanın bəyanatı siyasətçidən çox küçə adamına yaraşır - Türkiyə kəşfiyyatının sabiq analitiki

Siyasət Materials 29 İyul 2011 15:22 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ və Agrı dağı haqqında söylədikləri ondan xəbər verir ki, bu ölkə Türkiyənin nəyə qadir olduğunu bilmir.
Sarkisyanın bəyanatı siyasətçidən çox küçə adamına yaraşır - Türkiyə kəşfiyyatının sabiq analitiki

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir R.Hafizoğlu/

Ermənistan Prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ və Agrı dağı haqqında söylədikləri ondan xəbər verir ki, bu ölkə Türkiyənin nəyə qadir olduğunu bilmir. Bunu cümə günü Trend-ə Türkiyə Kəşfiyyatının (Milli İstihbarat Təşkilatı) keçmiş analitiki Mahir Kaynak deyib.

"Nəinki Ermənistan, heç bir ölkə və siyasi güc Türkiyənin ərazi bütövlüyünü poza bilməz. Ermənistan rəhbərinin belə bəyanatla çıxış etməsi onu göstərir ki, onların Türkiyə ordusunun nəyə qadir olduğu barədə anlayışları belə yoxdur", - Kaynak Ankaradan telefonla bildirib.

Bir neçə gün bundan əvvəl Ermənistan Prezidenti Serj Sarkisyan gənclər qarşısında "Dağlıq Qarabağı düşməndən biz azad etdik, Ağrı dağını azad etmək də sizin öhdənizə düşür" bəyanatı ilə çıxış edib.

Kaynak hesab edir ki, Sarkisyanın bu kimi bəyanatla çıxışı siyasətçidən çox küçə adamına yaraşır.

"Dövlət rəhbərinin belə sözləri deməsi ən yaxşı halda siyasi savadsızlıqdır", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti