...

Lazımsız sözlərlə qonşu ölkələrlə münasibətlərə ziyan vurulmamalıdır - İran parlamentinin spikeri

Siyasət Materials 12 Avqust 2011 13:04 (UTC +04:00)
Rəsmi şəxslər lazımsız və yersiz sözlər işlətməklə İranın digər qonşu müsəlman ölkələrlə əlaqələrinə ziyan vurmamalıdırlar.
Lazımsız sözlərlə qonşu ölkələrlə münasibətlərə ziyan vurulmamalıdır - İran parlamentinin spikeri

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Rəsmi şəxslər lazımsız və yersiz sözlər işlətməklə İranın digər qonşu müsəlman ölkələrlə əlaqələrinə ziyan vurmamalıdırlar. Bu sözləri İran parlamentinin spikeri Əli Laricani deyib . Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat verir.

"İran İslam Respublikasının strategiyası İmam Xomeyninin dövründən bəri qonşu ölkələrlə yaxın, səmimi və dostluq əlaqələri yaratmaq olub. Qonşu ölkələrlə dostluq münasibətləri qurmaq İran üçün əsas prioritetdir. Rəsmi şəxslər siyasi çıxışlar edərkən diqqətli olmalıdırlar" - Laricani bildirib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Həsən Firuzabadinin Azərbaycanın ünvanına qarşı söylədiyi yersiz fikirlərlə bağlı avqustun 11-də İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami Azərbaycan XİN-ə dəvət olunub.

Səfiri qəbul edən xarici işlər nazirinin müavini Nadir Hüseynov ona Azərbaycan tərəfinin etiraz notasını təqdim edib.

Xəbər lenti

Xəbər lenti