...

Azərbaycanın birinci vitse-spikeri: Ermənistanda keçirilən hərbi parad oyuncaq şou idi

Siyasət Materials 23 Sentyabr 2011 14:24 (UTC +04:00)
Ermənistanda keçirilən hərbi parad oyuncaq şou idi. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov deyib.
Azərbaycanın birinci vitse-spikeri: Ermənistanda keçirilən hərbi parad oyuncaq şou idi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Ermənistanda keçirilən hərbi parad oyuncaq şou idi. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə açıqlamasında birinci vitse-spiker Ziyafət Əsgərov deyib.

"Ermənistan müstəqil dövlət deyil. Onlar özləri də bunu təsdiq etdilər ki, Rusiyanın forpostu olaraq qalır və bu forpostluğa sədaqətlə xidmət edirlər", - Əsgərov bildirib.

Əsgərov deyib ki, paradda irəli cərgədə Rusiya bayrağı ilə rus əsgərləri irəliləyirdi.

"Bunun özü artıq onu deməyə əsas verir ki, Ermənistan bu gün müstəqil xarici siyasət yeritmir, suveren ölkə deyil, forpost olaraq qalır. Təəssüf edirəm ki, belə bir forpost olan dövlət Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Təəssüf ki, bu işğalın nəticələrinin aradan qaldırılmasında heç bir səylər göstərmir. Əksinə, hər vəclə çalışır ki, bu məsələ uzansın. İynə ucu qədər işıq yeri varsa, biz bu danışıqların davam etdirilməsinin tərəfdarıyıq. Biz bu vaxta qədər bu danışıqlara sadiqik. Təəssüf ki, Ermənistan bu limiti gündən günə tükəndirir", - birinci vitse-spiker əlavə edib.

Cümə axşamı Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı Yerevanda hərbi parad keçirilib. Hərbi paradda Rusiya ordusunun əsgərləri də iştirak edib.

Xəbər lenti

Xəbər lenti