...

ABŞ Dövlət Departametinin yüksəkvəzifəli məmurları Bakıda ikitərəfli əlaqələri müzakirə edəcək

Siyasət Materials 23 Sentyabr 2011 15:36 (UTC +04:00)
ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin və Dövlət Departamentinin Qafqaz və regional münaqişələr məsələsi üzrə İdarəsinin direktoru Castin Fridman Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəklər.
ABŞ Dövlət Departametinin yüksəkvəzifəli məmurları Bakıda ikitərəfli əlaqələri müzakirə edəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir V.Javoronkova/

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Erik Rubin və Dövlət Departamentinin Qafqaz və regional münaqişələr məsələsi üzrə İdarəsinin direktoru Castin Fridman Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcəklər. Bu barədə Trend-ə cümə günü ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verib.

Castin Fridmanın Azərbaycan, Gürcüstan və Ermənistana səfəri sentyabrın 28-dən oktyabrın 8-dək davam edəcək.

Oktyabrın 16-22-də Rubin regional səfərdə olacaq.

Rubin və Fridman Bakıda ikitərəfli məsələləri, eləcə də regional sülh və sabitlik məsələlərini müzakirə edəcəklər.

Onlar ikitərəfli sülh və sabitlik məsələlərini müzakirə etmək üçün hökumət nümayəndələri və vətəndaş cəmiyyətinin liderləri ilə görüşlər keçirməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti