...

Türkiyə hakimiyyəti Suriya prezidentinin hesablarını dondurub

Siyasət Materials 1 Oktyabr 2011 15:23 (UTC +04:00)
Türkiyə hakimiyyəti Əsəd rejiminə qarşı tətbiq olunan sanksiyalar çərçivəsində Suriya prezidenti Bəşər Əsədin və onun ailə üzvlərinin bütün hesablarının dondurulması ilə bağlı qərar qəbul edib.
Türkiyə hakimiyyəti Suriya prezidentinin hesablarını dondurub

Azərbaycan, Bakı, sentyabr / Trend, müxbir A.Tağıyeva/

Türkiyə hakimiyyəti Əsəd rejiminə qarşı tətbiq olunan sanksiyalar çərçivəsində Suriya prezidenti Bəşər Əsədin və onun ailə üzvlərinin bütün hesablarının dondurulması ilə bağlı qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə CNN Turk telekanalı məlumat yayıb.

Həmçinin Əsəd rejiminə yaxın olan bir sıra şəxslərə Türkiyəyə giriş qadağan olunacaq.

Maliyyə hesabatlarına görə, bəzi suriyalı iş adamlarının Türkiyədə külli miqdarda aktivləri var. Bundan başqa, prezident Əsədin Türkiyədəki vəsaitləri 450-500 milyon dollardan çoxdur.

Suriya hakimiyyəti bəyan edib ki, ölkənin baş naziri Adil Səfərin qərarı ilə sentyabrın 25-dən Türkiyəyə mal ixracı dayandırılıb.

Dünən Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Suriyada baş verən hadisələr səbəbindən onun ölkəsinin "səbri tükənir" və o, Prezident Əsədi ölkədə zorakılığa son qoymağa və istefaya getməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti