...

Ekvador BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanı dəstəkləyəcək – XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 19 Oktyabr 2011 13:21 (UTC +04:00)
Ekvador BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanı dəstəkləyəcək. Trend-in məlumatına görə, bunu Ekvadorun xarici işlər naziri Rikardo Armando Patinyo Arokan çərşənbə günü jurnalistlərə bildirib.
Ekvador BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanı dəstəkləyəcək – XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Azərbaycan və Ekvadorun xarici işlər nazirlərinin çıxışları əlavə olunub (İlk xəbər saat 12:32 -də yayılıb)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend müxbir S.Ağayeva/

Ekvador BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycanı dəstəkləyəcək. Trend-in məlumatına görə, bunu Ekvadorun xarici işlər naziri Rikardo Armando Patinyo Arokan çərşənbə günü jurnalistlərə bildirib.

Azərbaycanın namizədliyini irəli sürdüyü BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilər oktyabrın 21-də keçiriləcək.

Arokanın sözlərinə görə, Azərbaycan beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Ekvadorun dəstəyinə bel bağlaya bilər.

Nazir azərbaycanlı həmkarı ilə görüşündə bildirib ki, Ekvador bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll olunmasına tərəfdardır və bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Görüş zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun qeyd etdiyi kimi, ölkələr arasında siyasi münasibətlər çox yaxşıdır və Ekvador XİN rəhbərinin Azərbaycana səfəri iki ölkə arasında dialoqu möhkəmləndirəcək.

Keçirilən görüşün yekunları üzrə Azərbaycan və Ekvadorun Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq və siyasi məsləhətləşmələrin keçirilməsi haqqında saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti