...

Qazaxıstan və Azərbaycanın nəqliyyat sahəsində əməkdaşlığının böyük perspektivləri var - Nursultan Nazarbayev

Siyasət Materials 20 Oktyabr 2011 14:00 (UTC +04:00)
Qazaxıstanla Azərbaycanın energetika, neft nəqli, Qazaxıstanın Qara dənizə və Avropaya çıxışı üçün Xəzərdən nəqliyyat arteriyası kimi istifadəsi məsələlərində əlaqələri ikitərəfli əməkdaşlığın ən vacib bəndləridir.
Qazaxıstan və Azərbaycanın nəqliyyat sahəsində əməkdaşlığının böyük perspektivləri var - Nursultan Nazarbayev

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Qazaxıstanla Azərbaycanın energetika, neft nəqli, Qazaxıstanın Qara dənizə və Avropaya çıxışı üçün Xəzərdən nəqliyyat arteriyası kimi istifadəsi məsələlərində əlaqələri ikitərəfli əməkdaşlığın ən vacib bəndləridir. Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bunu cümə axşamı Almatıda Prezident Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşünün yekunları barədə danışarkən deyib.

Nazarbayev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanla yaranan çətinliklərə baxmayaraq, Azərbaycan müstəqilliyinin 20 ili ərzində böyük uğurlara nail olub.

"Biz Xəzər dənizində qonşuyuq, Xəzərin problemləri bizim üçün ümumi problemdir. Bizim sənaye sahəsində, eləcə də Azərbaycanın böyük təcrübəyə malik olduğu neft-qaz sahəsində əməkdaşlığımız böyük perspektivlərə malikdir. Mütəxəssislərimiz bundan daha aktiv istifadə etməlidirlər", - dövlət başçısı hesab edir.

Qazaxıstan Prezidentinin sözlərinə görə, nəqliyyat sahəsində əməkdaşlığın böyük perspektivləri var. "Perspektivdə Azərbaycan Qazaxıstan nefti və digər məhsullar üçün ən mühüm nəqliyyat arteriyalarından birinə çevriləcək. Türkiyədən Gürcüstan, Azərbaycan vasitəsilə Xəzər dənizinə yeni dəmir yolunun tikintisi Qafqaz yüklərinin Qazaxıstan vasitəsilə Çinə tədarükü üçün imkan yaradacaq. Bu layihə hər iki tərəfə böyük fayda vəd edir", - Nazarbayev qeyd edib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın potensialı mövcuddur. "Biz bu gün Qazaxıstanın qərb vilayətlərinə tərəvəz və meyvə tədarükü barədə danışdıq. Ona görə də, həmin vilayətlər Azərbaycanla bu sahədə qarşılıqlı fayda əsasında əməkdaşlıq etməlidirlər", - Nazarbayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti