...

Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ-da vəfat edib

Siyasət Materials 22 Oktyabr 2011 12:53 (UTC +04:00)
ABŞ-da müalicə olunan Səudiyyə Ərəbistanının vəliəhdi Sultan bin Əbdüləziz Al Səud vəfat edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Krallığın rəsmi informasiya agentliyi SPA bildirib.
Səudiyyə Ərəbistanının vəliəhdi ABŞ-da vəfat edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

ABŞ-da müalicə olunan Səudiyyə Ərəbistanının vəliəhdi Sultan bin Əbdüləziz Al Səud vəfat edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Krallığın rəsmi informasiya agentliyi SPA bildirib.

"ABŞ-da müalicə alan Səudiyyə Ərəbistanının vəliəhdi Sultan bin Əbdüləziz Al Səud vəfat edib" , - agentlik Krallıq Dəftərxanasının xüsusi bəyanatına istinadən məlumat verir.

Səudiyyə taxtının vəliəhdi Sultan bin Əbdüləzizin rəsmi avtobioqrafiyasına əsasən, onun 83 yaşı olub (bir sıra Qərb mənbələrinin məlumatına görə, şahzadənin 87 yaşı var idi). Sultan bin Əbdüləziz Nazirlər Şurasının rəhbərliyinin birinci müavini (Səudiyyə Ərəbistanı Kralı - rəhbəri), həmçinin ölkənin müdafiə və aviasiya naziri vəzifəsini icra edib.

Bütün Səudiyyə televiziya kanalları Məkkədəki məsciddən birbaşa yayım verilir və Qur'andan surələr səsləndirilir.

Səudiyyə taxtının vəfat edən vəliəhdinə görə ibadət çərşənbə axşamı Ər-Riyadda keçiriləcək.

Yaşlı vəliəhd müalicə məqsədilə ABŞ-ın Nyu-York şəhərinə bu ilin iyununda yollanıb. Qərb KİV-inin məlumatına görə, Səudiyyə vəliəhdinin yoğun bağırsağında aşağı səviyyəli xərçəng olub və son illər ərzində o bir neçə dəfə əməliyyat olunub. Bundan sonra o, uzunmüddətli bərpa prosesi keçib.

Sultan bin Əbdüləziz sonuncu dəfə bərpa kursunu Mərakeşdə keçirib. O, Mərakeşdən 2010-cu ilin noyabrında vətəninə qayıdıb. Diplomatların fikrincə, vəliəhd Sultanın müalicəni yarımçıq dayandırması və qayıtması Səudiyyə monarxının özünün xəstəliyi nəticəsində hakimiyyətdə boşluğun yaranmasından qaçmaq vacibliyi ilə bağlıdır.

Şahzadə Sultan Səudiyyə Ərəbistanının əsasını qoyan Kral Əbdüləzizin on beşinci oğlu olub. O, 1947-ci ildə Ər-Riyadın qubernatoru vəzifəsini tutmaqla dövlət karyerasına başlayıb. 1962-ci ildə Sultanın böyük qardaşı Kral Feysəl onu müdafiə və aviasiya naziri təyin edib. Aristokrat ölumünə qədər bu vəzifəni icra edib. Şahzadə Sultanın birbaşa vasitəçiliyi iə Krallıq dünyada ən iri silah idxalçılarından birinə çevrilib. Sultan 2005-ci ildə vəliəhd olub. Hesab edilir ki, vəliəhd həyatı boyunca Səudiyyə-ABŞ tərəfdaşlığının əsas aktiv tərəfdarlarından biri olub.

Səudiyyə Ərəbistanı dünyada iri neft ixracatçısıdır. Ölkənin Konstitusiyası müsəlmanların müqəddəs kitabı Qur'ana əsaslanır.

Xəbər lenti

Xəbər lenti