...

Aİ missiyasının rəhbəri AŞPA məruzəçisinin Azərbaycana gələcəyinə ümid edir

Siyasət Materials 2 Noyabr 2011 12:58 (UTC +04:00)
Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi, alman deputat Kristofer Ştrasserin tezliklə Azərbaycana səfər edəcəyinə ümid edir.
Aİ missiyasının rəhbəri AŞPA məruzəçisinin Azərbaycana gələcəyinə ümid edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir A.Bədəlova /

Avropa İttifaqının Azərbaycandakı səfiri Roland Kobia Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi, alman deputat Kristofer Ştrasserin tezliklə Azərbaycana səfər edəcəyinə ümid edir.

"Mən çox ümid edirəm ki, Ştrasser çox tezliklə Azərbaycana səfər edəcək, eləcə də Avropa Şurası ilə Avropa Şurasının üzvü olan Azərbaycan arasında münasibətlərə dair məsələləri müzakirə edəcək", - Trend-in məlumatına görə, çərşənbə günü Kobia jurnalistlərə deyib.

Ştrasser bir müddət əvvəl Azərbaycana səfər etməyi planlaşdırsa da, sonradan onun səfəri təxirə salınıb.

"Bu məsələdə müəyyən irəliləyişin olduğunu anlayıram və bizə bundan sonra da bu istiqamətdə işləmək vacibdir. Əlbəttə, bu, bütün tərəflərin maraqları nəzərə alınmaqla, ədalətlə edilməlidir", - Kobia deyib.

Xəbər lenti

Xəbər lenti