...

Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı üzrə 6 yeni istehsal sahəsi yaradılıb

Siyasət Materials 3 Noyabr 2011 13:20 (UTC +04:00)
Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı üzrə 6 yeni istehsal sahəsi yaradılıb.
Azərbaycanda müdafiə təyinatlı məmulatların istehsalı üzrə 6 yeni istehsal sahəsi yaradılıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı üzrə 6 yeni istehsal sahəsi yaradılıb. Trend-in məlumatına görə, bu barədə Nazirliyin tabeliyindəki müəssisələrdə cari ilin 9 ayının yekunlarına həsr olunmuş səyyar kollegiya iclaslarında nazir Yavər Camalov məlumat verib.

Nazir bildirib ki, hesabat dövründə nazirliyin tabeli müəssisələrində istehsal olunan məhsulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb.

Bu müddət ərazində Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox müdafiə təyinatlı məhsul istehsal edilərək sifarişçilərə təhvil verilib.

Müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 446-ya çatdırılıb. Eləcə də, mülki məhsulların istehsalında 25 faiz artım əldə edilib.

Cari ilin 9 ayında Dövlət Müdafiə Sifarişi Proqramı əsasında 13 yaradılma mövzusu üzrə 44 mərhələ yerinə yetirilib. Həmin dövrdə məmulatların yaradılması üzrə 34 sınaq müvəffəqiyyətlə başa çatdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə başa çatdırılmış sınaqların sayı 1,4 dəfə artıb.

Vətəndaşların müraciətlərinin asanlaşdırılması məqsədilə cari ilin sentyabr ayından etibarən nazirliyin veb saytında "onlayn müraciət" bölməsi yaradılıb.

İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib.

Xəbər lenti

Xəbər lenti