Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir T.Cəfərov/
İran Prezidenti Mahmud Əhmədinejad yaxın iki ay ərzində (2012-ci ilin yanvar ayında) Ermənistana səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin imzalanacağı gözlənilir.
Cari ilin iyun ayında İran Prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfər edəcəyi ilə bağlı məlumatlar yayılsa da, bu səfər son anda ləğv edildi. İran Prezidenti Administrasiyasından səfərin ləğvolma səbəbləri ilə bağlı verilən açıqlamada bildirilmişdi ki, səfər iki ölkənin razılığı ilə təxirə salınıb. İran KİV-ləri həmin dövrdə səfərin baş tutmamasına səbəb kimi imzalanacaq bir sıra sənədlərin hazır olmamasını göstərmişdi.
İranın xarici işlər naziri Əli Əkbər Salehi ötən axşam Ermənistana səfər edib və Ermənistan KİV-lərinin məlumatına əsasən, səfərdə məqsəd prezidentin səfərinə hazırlıq məsələlərini müzakirə etməkdir.