...

Asim Mollazadə: Azərbaycanın bir sıra problemlərinin həllində ölkənin intellekti cəlb edilməlidir

Siyasət Materials 7 Dekabr 2011 18:08 (UTC +04:00)
Demokratik İslahatlar Partiyası (DİP) siyasi partiyaların bloklaşmasının tərəfdarı deyil.
Asim Mollazadə: Azərbaycanın bir sıra problemlərinin həllində ölkənin intellekti cəlb edilməlidir

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Mehdiyev/

Demokratik İslahatlar Partiyası (DİP) bir sıra probleminin həllində ölkənin intellektinin cəlbinin tərəfdarıdır.

"Biz hazırda hansısa bir blok yaratmaq və hansısa partiyalarla koalisiya istiqamətində işlər aparmırıq. Sadəcə, düşünürük ki, biz bu gün Azərbaycanın bir sıra problemlərinin həllində ölkənin intellektini cəlb etməliyik, problemlərin həlli ilə bağlı konkret təkliflər hazırlamalıyıq və ölkənin çoxşaxəli islahatlarına nail olmalıyıq", - bunu çərşənbə günü Trend-ə Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi partiya bu istiqamətdə əməkdaşlığa hazır olan və yetərincə intellektual potensiala malik Azərbaycan vətəndaşları ilə iş aparır.

Xəbər lenti

Xəbər lenti