Azərbaycan, Bakı, 24 yanvar /Trend/
Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuini qəbul edib.
XİN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, etimadnaməsinin surətini təqdim edən Xun Tsyuin ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, ölkələrimiz arasında bir sıra sahələrdə, xüsusilə də iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayaraq, Azərbaycan-Çin əlaqələrinin daha da genişləndirilməsi istiqamətində səylər göstərəcəyini vurğulayıb.
Öz növbəsində, Məmmədyarov ölkəmizə səfir təyin olunması münasibətilə Çinli diplomatı təbrik edib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparılıb.