...

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələr fevralın sonunadək keçiriləcək

Siyasət Materials 8 Fevral 2012 11:29 (UTC +04:00)
Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə həsr olunmuş ilk iclas fevral ayının sonuna kimi təşkil olunacaq.
Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı müzakirələr fevralın sonunadək keçiriləcək

Azərbaycan, Bakı, 8 fevral / Trend müxbir E.Mehdiyev/

Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsinə həsr olunmuş ilk iclas fevral ayının sonuna kimi təşkil olunacaq. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə çərşənbə günü Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Roland Kobia bildirib.

Onun sözlərinə görə, iclas Bakıda qeyri-sabit hava şəraiti ilə əlaqədar təxirə salınıb.

"Bu məsələdə başqa məqamlar yoxdur, Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi üzrə müzakirələr yaxın bir neçə həftə ərzində başlayacaq", - Kobia deyib.

Qeyd olunan iclasın fevralın ilk ongünlüyündə keçirilməsi nəzərdə tutulurdu. Ötən il dekabrın 20-də Avropa İttifaqı Nazirlər Şurası Azərbaycanla viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlamaq üçün mandat verib. Viza rejiminin sadələşdirilməsi viza alınması üçün tələb olunan sənədlərin sayının və viza rüsumunun azaldılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti