...

Pakistan Senatının nümayəndə heyəti Bakıya səfər edəcək

Siyasət Materials 24 Fevral 2012 10:15 (UTC +04:00)
Pakistan Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti 28 fevral-2 mart tarixlərində Bakıda rəsmi səfərdə olacaq.
Pakistan Senatının nümayəndə heyəti Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir S.Ağayeva/

Pakistan Senatının sədr müavini Mir Can Camalinin başçılıq etdiyi nümayəndə heyəti 28 fevral-2 mart tarixlərində Bakıda rəsmi səfərdə olacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibində Senatın Beynəlxalq münasibətlər və İnformasiya komitələrinin sədrləri, hakim Xalq Partiyasının baş katibi və başqa senatorlar olacaq. Azərbaycanın rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri ilə görüşlərin keçiriləcəyi gözlənilir.

Səfərin gedişində müxtəlif sahələrdə iki ölkənin əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti