...

Komitə sədri: Pakistan Senatında Xocalı soyqırımı haqqında qəbul olunan qətnaməni bütün siyasi partiyalar dəstəkləyib

Siyasət Materials 29 Fevral 2012 14:15 (UTC +04:00)
Pakistan Senatında 12 siyasi partiya təmsil olunur və Xocalı soyqırımı haqqında qətnamə yekdilliklə qəbul edilib.
Komitə sədri: Pakistan Senatında Xocalı soyqırımı haqqında qəbul olunan qətnaməni bütün siyasi partiyalar dəstəkləyib

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir M.Əliyev/

Pakistan Senatında 12 siyasi partiya təmsil olunur və Xocalı soyqırımı haqqında qətnamə yekdilliklə qəbul edilib. Pakistanda parlament sistemində hansısa komitədə yekdilliklə qəbul edilmiş qətnamə Senatın ümumi qətnaməsi kimi qəbul edilir. Trend-in məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri Səlim Seyfulla Xan bildirib.

Komitə sədrinin sözlərinə görə, ölkələr arasında siyasi əlaqələr yüksək səviyyədədir.

"İqtisadi cəhətdən ölkələr bir-birlərinə o qədər də yaxın deyillər. Biz görüşlərdə bu məsələləri müzakirə edirik. İqtisadi, mədəni, KİV sahəsində əlaqələrin inkişaf etdirilməsi mümkündür", - Səlim Seyfulla Xan bildirib.

Komitə sədri qeyd edib ki, bu gün Pakistanın Kəşmir, Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var.

"Kəşmir əhalisinin azadlığa qovuşması hüququ ilə bağlı BMT tərəfindən qətnamə qəbul edilib. Biz bu məsələ uğrunda mübarizə aparırıq. Hindistanla bununla bağlı 4 dəfə müharibə aparmışıq. Düşünürük ki, bir daha müharibə aparmağa lüzum yoxdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələri mövcuddur. Pakistan bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti