...

NATO: Azərbaycan beynəlxalq təhlükəsizliyin təminatına töhfə verən ölkədir

Siyasət Materials 16 Mart 2012 17:32 (UTC +04:00)
Martın 16-da Brüsseldə Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə "dəyirmi masa" keçirilib.
NATO: Azərbaycan beynəlxalq təhlükəsizliyin təminatına töhfə verən ölkədir

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Tariverdiyeva/

Martın 16-da Brüsseldə Azərbaycanın NATO ilə əməkdaşlığı üzrə "dəyirmi masa" keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.

"Əməkdaşlığın üç dəqiq meyarı müəyyənləşdirilib: 1) Azərbaycan beynəlxalq təhlükəsizliyin təminatına töhfə verən inkişaf edən ölkədir; 2) NATO və Aİ Azərbaycana islahatlar işində kömək etmək niyyətindədir. Belə ki, Bakı dəyərli regional tərəfdaşdır; 3) Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq və Ermənistan və Azərbaycanın əldə etdikləri silahlanma səviyyəsi məsələsində beynəlxalq ictimaiyyətin real narahatlığı mövcuddur", - Appaturay qeyd edib.

Xəbər lenti

Xəbər lenti