...

Yefim Pivovarın Rusiya-Azərbaycan münasibətləri haqqında monoqrafiyası dərc olunub

Siyasət Materials 2 Aprel 2012 12:39 (UTC +04:00)
Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, REA-nın müxbir üzvü, Trend-in Ekspert Şurasının üzvü Yefim Pivovarın “Rusiya-Azərbaycan münasibətləri (XX əsrin 90-cı illəri- XXI əsrin əvvəlləri)” adlı monoqrafiyası işıq üzü görüb.
Yefim Pivovarın Rusiya-Azərbaycan münasibətləri haqqında monoqrafiyası dərc olunub

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, REA-nın müxbir üzvü, Trend-in Ekspert Şurasının üzvü Yefim Pivovarın "Rusiya-Azərbaycan münasibətləri (XX əsrin 90-cı illəri- XXI əsrin əvvəlləri)" adlı monoqrafiyası işıq üzü görüb.

Monoqrafiyada ilk dəfə olaraq geniş mənbələr əsasında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əlaqələrin qurulmasının və inkişafının iyirmi illik tarixindən bəhs edilib. Bu münasibətlər həm ikitərəfli, həm də iki ölkənin BMT, ATƏT və bir sıra regional inteqrasiya strukturları kimi qurumlardakı fəaliyyətində əməkdaşlıq da daxil olmaqla, daha irimiqyaslı beynəlxalq əməkdaşlığa həsr olunub.

Kitabda "Xəzər məsələsi"nin həlli, eləcə də biznes və sosial-mədəni əlaqələr üzrə iki ölkənin qarşılıqlı fəaliyyətinə xüsusi bölmə həsr olunub.

Monoqrafiyanın müəllifi məşhur rusiyalı tarixçisi Pivovar iki müstəqil postsovet dövlətinin siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətinin əsas istiqamətlərini ətraflı təhlil edib. Müəllif Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması mexanizmlərini ardıcıllıqla açır.

Nəşr geniş oxucu kütləsi, alimlər, tarix, beynəlxaql münasibətlər, dünya iqtisadiyyatı sahələrində mütəxəssislər, postsovet məkanındakı müasir siyasi proseslərlə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti