...

Ermənistanın 44 yüksəkvəzifəli məmuru seçki ilə bağlı məzuniyyətə çıxıb

Siyasət Materials 5 Aprel 2012 17:46 (UTC +04:00)
Ermənistan hakimiyyətinin 44 yüksəkvəzifəli məmuru seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxıb.
Ermənistanın 44 yüksəkvəzifəli məmuru seçki ilə bağlı məzuniyyətə çıxıb

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Ermənistan hakimiyyətinin 44 yüksəkvəzifəli məmuru seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxıb. Trend-in "Armenia Today"-ə istinadən verdiyi məlumata görə, hökumətin mətbuat xidməti onların adlarını açıqlayıb və qeyd edib ki, məzuniyyət mayın 6-dək rəsmiləşdirilib.

Məzuniyyətə, əsasən, nazir müavinləri, vilayət administrasiyalarının rəhbərləri və onların müavinləri, Baş nazirin köməkçiləri, habelə hökumət yanında bir sıra komitə və idarələrin sədrləri çıxıblar.

Qeyd edək ki, mayın 6-da Ermənistanda növbəti parlament seçkiləri baş tutacaq.

Seçkiqabağı kampaniya rəsmən aprelin 8-də başlayır və mayın 4-də başa çatır.

Ermənistan Mərkəzi Seçki Komissiyası aprelin 1-də səkkiz partiya və bir partiya blokunun seçki siyahısını qeydiyyata alıb.

Üç koalisiya partiyasından - Ermənistan Respublika Partiyası, "Çiçəklənən Ermənistan" və "Orinas Yerkir"dən ("Qanunilik ölkəsi") başqa, deputat mandatları uğrunda Ermənistan İnqilabi Federasiyası "Daşnaksütyun", "İrs" ("Azad demokratlar" partiyası ilə birləşdirilmiş siyahı), Ermənistan Milli Konqresi (partiya bloku), Ermənistan Demokratik Partiyası, Ermənistan Kommunist Partiyası və "Birləşmiş ermənilər" partiyası da mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti