...

Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Siyasət Materials 9 Aprel 2012 17:52 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Sergio Arrudanı qəbul edib.
Elmar Məmmədyarov Braziliyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Braziliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Sergio Arrudanı qəbul edib.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfir Arruda etimadnamələrinin surətini Məmmədyarova təqdim edib.

Nazir Azərbaycan-Braziliya əlaqələrinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsaslarda yüksək səviyyədə olduğunu qeyd edərək, yeni səfirə fəaliyyətində uğurlar arzulayıb. Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini xüsusilə vurğulayıb.

Səfir Arruda iki ölkə arasındakı münasibətlərin artan templə inkişaf etdiyini diqqətə çatdıraraq, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti