...

İlham Əliyev Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Siyasət Materials 12 Aprel 2012 16:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.
İlham Əliyev Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi uzunluğu 7,5 kilometr olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunub. Yolun əhatə etdiyi kəndlərdə 6 mindən çox əhali yaşayır. Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilib, yolboyu görkəmsiz tikililər təmir olunub, yaşıllıq zolaqları salınıb. Burada, həmçinin üç müasir avtobus dayanacağı yaradılıb və çoxsaylı yol nişanları quraşdırılıb.

Prezident İlham Əliyev kəndlərin sakinləri ilə görüşdü.

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

Xəbər lenti

Xəbər lenti